1,2 milyon dollarlıq içki oğurladı, məhkəməyə çıxmadan intihar etdi

1,2 milyon dollarlıq içki oğurladı, məhkəməyə çıxmadan intihar etdi
ABŞ-da 1,2 milyon dollar dəyərində içki oğurladığı üçün günahlandırılan şübhəli məhkəməyə çıxmadan əvvəl Nyu-yorkdakı otelin 33-cü mərtəbəsindən özünü ataraq intihar edib.
 
Panorama.az Moderator.az-a istinadən xəbər verir ki, vəkilləri 41 yaşlı adamı məhkəmə salonunda gözləyərkən ölüm xəbərini aldıqlarını deyiblər.

Satdığı şərabların pulu ilə 14 ay davam edən bir dünya turuna çıxan adama 10 ilə qədər həbs cəzası verilməsi gözlənilirdi. Ancaq ittihamları qəbul etdiyi üçün cəzasında azalma olacağı ehtimalı da var idi.

Qeyd edək ki, oğurlanan şərablar arasında mütəxəssislərin "Maye məxmər” dedikləri yeddi şüşə "Domain de la Romane-Conti” şərabı da olub.


Xəbər lenti