"190 manat təqaüdün ümidinə qalmışam" — Əməkdar artist ÇƏTİN DURUMDA

Tanınmış aktyor, əməkdar artist Arzu Hüseynov işsizdir.

Bu barədə "Ölkə.Az"-a danışan aktyor bildirib ki, bir neçə ildir 190 manat təqaüdlə dolanmaq məcburiyyətindədir:

"Heç yerdən təklif yoxdur. Gözümün birində problem olduğu üçün 190 manat təqaüd alıram. Elə o təqaüdlə dolanırıq. Vəziyyət çox pisdir. Əlavə gəlir yerim olmadığına görə təqaüdün ümidinə qalmışam".

Əməkdar artist bildirib ki, ARB-də yayımlanan "Anam, bacım rus gəlin" serialına təsdiqlənsə də, son anda sponsor dəyişikliyi olduğu üçün başqa aktyor dəvət edilib:
"Rejissor Şəhriyar Zeyni məni rola təsdiqləmişdi. Sonradan sponsor dəyişikliyi oldu və onlar Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun çəkilməsini istədilər. Çox sevinclə, həyəcanla hazırlaşırdım. Çünki uzun fasilədən sonra çəkiliş meydançasına qayıdırdım. Ancaq çəkilməyəcəyimi öyrənəndə çox pis oldum, səhərə qədər yatmadım. Düşünürdüm ki, həm yeni rola çəkiləcəyəm, həm də müəyyən qədər qonorar alacağam.".

Qeyd edək ki, Arzu Hüseynov mərhum əməkdar artist Sadıq Hüseynovun oğludur.
Загрузка...

Xəbər lenti