2 abituriyentin intiharı Milli Məclisdə: "Deyirlər ki, fakultəyə daxil olmasan, dilənçi olacaqsan”

2 abituriyentin intiharı Milli Məclisdə:
"Valideynlər uşaqlara "Sən oxumasan, vəziyyətin pis olacaq”, "Hüquq fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakultəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

O qeyd edib ki, xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır: "Azərbaycanda "Peşə təhsili haqqında” qanun qəbul olunub. Hər bir insan özünə peşə seçməlidir, ona ləyaqətlə qulluq etməlidir. Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz... Burada televiziyaların da rolu var. Onlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Valideyn işdə olur, uşaq televiziyaya baxır. Bəzi hallarda verilişlərdə elə yanlışlıqlara yol verilir ki, uşaqlara mənfi təsir edir. "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu qəbul edildikdən sonra tələbləri pozanlar ciddi cəzalandırılmalıdır.

Komitə sədri Aqiyə Naxçıvanlı da T.Rzayevin fikirləri ilə razılaşdığını qeyd edib.

Xatırladaq ki, dünən Sumqayıtda iki abituriyent qəbul imtahanından sonra intihar edib.
Загрузка...

Xəbər lenti