Prezident Şirzad Abdullayevə yüksək vəzifə verdi

Prezident Şirzad Abdullayevə yüksək vəzifə verdi
Azərbaycan Prezidentinin sərəncamı ilə Şirzad Abdullayev iqtisadiyyat nazirinin müavini təyin olunub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Yeni vəzifəsinə qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olan Şirzad Abdullayev 1970-ci ildə anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb.

Şirzad Abdullayev uzun müddət bank sistemində işləyib, 2003-2008- ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.

Iqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Dövlət qulluğunda fərqlənməyə görə” və"Tərəqqi” medalları ilə təltif edilib.

İngilis və rus dillərini bilir.

Ailəlidir, 3 övladı var.
Загрузка...

Xəbər lenti