İlham Əliyevdən YENİ TƏYİNAT

İlham Əliyevdən YENİ TƏYİNAT
Azərbaycan Prezidentinin sərəncamı ilə Rüfət Məmmədov iqtisadiyyat nazirinin müavini təyin olunub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Rüfət Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Drezden Texniki Universitetində Avropa inteqrasiyası hüququ ixtisası üzrə magistr təhsili alıb.

R.Məmmədov 2007-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunda icraçı direktor, 2010-cu ildən İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə çalışıb, son təyinatdan əvvəl isə AZPROMO-nun rəhbəri olub.

İngilis, rus və alman dillərini sərbəst bilir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.
Загрузка...

Xəbər lenti