Şükriyyə xanım həmişə deyərdi: “Mən Stalinə nə etdim ki, məni Sibirə sürgün etdi” - MÜSAHİBƏ

Şükriyyə xanım həmişə deyərdi: “Mən Stalinə nə etdim ki, məni Sibirə sürgün etdi” - MÜSAHİBƏ

A24.Az-ın müsahibi Azərbaycanın görkəmli şairi, himnimizin sözlərinin müəllifi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımla vaxtilə 10 ilə yaxın qonşu olmuş Nəzakət Rəhimovadır. Nəzakət xanım müsahibə zamanı Şükriyyə xanımla necə tanış olduğunu, onun necə bir insan olduğundan söz açır.

Həmin müsahibəni sizlərə təqdim edirik:

Şükriyyə xanımla harda tanış olmusunuz?

–Şükriyyə xanımı 10 ilə yaxın qonşu olub, tanımışıq. Bakı şəhəri H.Hacıyev 42 binada 10 ilə yaxın qonşu olmuşuq.Sonra onlar bu mənzildən köçdülər.


-Sizinlə qonşu olmamışdan əvvəl onu tanıyırdınız?

-Onun haqqında eşitmişdim bilirdim ki, Əhməd Cavadın həyat yoldaşıdır amma tanımırdım.

-Necə biri idi?

-Sakit, təmkinli, çox danışmayan, ehtiyatlı, başı dumanlı, çəkdiyi əziyyətlər üzündəki cizgilərdən bəlli idi.

-Ataların belə bir məsəli var – Uzaq qohumdansa yaxın qonşu yaxşıdır? Şükriyyə xanım sizə belə olubmu?

–Şükriyyə xanım heç bir qonşu ilə yaxınlıq etmirdi. Amma hərdən gəlib həyətdə oturardı ona sual verəndə cavab verərdi. Deyərdi: Mən Stalinə nə etdim ki, məni Sibirə sürgün etdi. Optimist qadın idi. Ətrafda kiminsə çətinliyi olsaydı ürək-dirək verərdi.


-Şükriyyə xanım, ümumiyyətlə sizinlə ünsiyyətdə olubmu?

-Şükriyyə xanım ümumiyyətlə qonşularla çox ünsiyyət saxlamırdı yaşlı idi, həvəssiz idi, canlı idi amma ruhən mənəvi cəhətdən ölmüş kimi idi. Sadəcə salam sağol bu qədər.

-Hazırda Şükriyyə xanımın yaxınları və ya qohumları ilə əlaqəniz varmı?

-Bildiyimə görə övladları rəhmətə gedib. Onun bir nəvəsi ilə biz yaxınlıq edirdik. Qabil adlı nəvəsi var idi. O da rəhmətə gedib. Şükriyyə xanımın kiçik oğlu Yılmaz müəllimin həyat yoldaşı Amalya xanım keçmiş bir may küçəsində yerləşən 132 nömrəli uşaq stomatoloqiya poliklinikasında baş həkim işləyirdi indi amma bilmirəm ordadı ya yox.


10 il ərzində Şükriyyə xanımla qonşu olmusunuz, həmin müddət ərzində Şükriyyə xanımı sizə sevdirən nə oldu?

-Şükriyyə xanımı mənə sevdirən – onun qırmızı terrorun hökm sürdüyü bir dövrdə Sibirə sürgün olunduğu və orada çox çətinliklər görməyinə baxmayaraq öz insanlıq hisslərini itirməməsi…

Şükriyyə xanımı tək sözlə necə ifadə edə bilərsiniz?

 –Şükriyyə xanımı tək sözlə belə ifadə edərdim. Alman yazıçısı Erik Mariya Remarkın dediyi kimi: "-Потерянное поколение-” İtirilmiş nəslin nümayəndələri…


Nəzakət xanım təklifimi qəbul edib, müsahibə verdiyiniz üçün təşəkkür edirəm…

-Orxan bəy bağışlayın mən ixtisasca mühəndisəm ona görə də sizə ətraflı məlumat verə bilmədim. Şükriyyə xanım haqqında bu qədər məlumatım var. Mən sizə təşəkkür edirəm ki, görkəmli qadınlarımızı unutmağa qoymursuz…

P.S: Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanıma ‘Şükriyyə’ şeirini həsr edib. İfa olunan bu musiqinin bəstəkarı Emin Sabitoğludur.

Şükriyyə xanımdan bizlərə yadigar qalan video (Şükriyyə xanımın  TRT İNT kanalına müsahibəsi) görüntü budur:

Söhbətləşdi: Orxan Aslanlı



Загрузка...

Xəbər lenti