2019-cu ildə manatın taleyi necə olacaq?

2019-cu ildə manatın taleyi necə olacaq?
Dünya iqtisadiyyatında baş verən dəyişikliklər beynəlxalq valyuta bazarına təsir göstərir. Ötən ilin son aylarından başlayaraq, ABŞ dolları dünya ölkələrinin valyutalarına nisbətən bahalaşmaqda davam edir.

Bu bahalaşma Azərbaycan manatına da təsir göstərəcəkmi? Suala cavab tapmaq üçün iqtisadçı ekspert Vüqar Bayramovla əlaqə saxladıq.
 
Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, manatın məzənnəsi həmişə olduğu kimi Mərkəzi Bankın yürütdüyü siyasətlə müəyyənləşir.

"2019-cu ildə manatın məzənnəsinə iki faktor xüsusi təsir göstərəcək. Birinci növbədə, neftin qiyməti Mərkəzi Bankı qəbul edəcəyi qərara birbaşa təsir edəcək. Xüsusilə neftin qiymətinin 45 dollardan aşağı düşməsi Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdıracaq.

Bundan başqa, Azərbaycanın qeyri-neft ixracatı sahəsində tərəfdaş ölkələrinin milli valyutasındakı məzənnə manatın gələcək taleyinə təsir göstərəcək. Xüsusən də, Rusiya rublun məzənnəsi bizim üçün xüsusi önəm daşıyır.

Dolların dəyərinin yüksəlməsi də eyni zamanda manatı risk altında qoyur.

Bundan başqa, dollara olan təlabatın artması manatın məzənnəsinə təsir göstərir. Xüsusən də, mart, aprel, may, avqust və dekabr aylarında dollara olan təlab artır. Oxşar tələb artımları 2019-cu ildə də müşahidə ediləcək. Lakin yenə də əsas qərar Mərkəzi Bank tərəfindən veriləcək”, - deyə Vüqar Bayramov bildirib.

Загрузка...

Xəbər lenti