Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz Quliyev vəzifəsindən azad olunaraq, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə rəis təyin olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axar.az"a DİN-dən məlumat verilib.

Qeyd edək ki, nazirin bundan öncəki əmri Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.

loading...

Xəbər lenti