45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ

45 dərəcə? Avqustda Hindistan istilərini gözləyin - EKOLOQ
Bir neçə ay əvvəl azərbaycanlı ekoloq, Azərbaycanın Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalov ölkədə 45 dərəcə isti proqnozunu vermişdi. Onun proqnozu iyulun 1-də gerçəkləşdi, Bakıda havanın temperaturu 45 dərəcə rekorduna çatdı. 

Oxu.Az-a açıqlama verən ekoloq gələn ay üçün hava şəraiti ilə bağlı yeni proqnozunu səsləndirib. 

Onun sözlərinə görə, Azərbaycanda dəyişkən hava şəraiti müşahidə olunacaq.

"Küləkli, yağışlı və yenidən isti olacaq. Havanın temperaturu avqustda yenidən rekord həddə çata bilər”, - ekoloq bildirib. 

Zeynalovun proqnozuna görə, ölkə üzrə rekord hava göstəriciləri Azərbaycanın Saatlı, Beyləqan, Sabirabad kimi quraq rayonlarında müşahidə edilə bilər.

"Rütubət 30-40%-ə qədər azalıb və bu artıq məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq problemlərinə gətirib çıxara bilər”, - ekoloq əlavə edib. 
Загрузка...

Xəbər lenti