5 ulduzlu hotellərdə kazinoların fəaliyyəti qanuniləşdiriləcək - Zelenski

5 ulduzlu hotellərdə kazinoların fəaliyyəti qanuniləşdiriləcək - Zelenski
"Bu, Qara dəniz regionunda turizmin inkişafına təkan verəcək”

Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını, xüsusilə beşulduzlu hotellərdə kazinoların fəaliyyətini qanuniləşdirmək niyyətindədir.

V.Zelenski bunu İstanbulda keçirilən Ukrayna-Türkiyə biznes forumunda bəyan edib.

"Biz qumar oyunlarını, yəni beşulduzlu otellərdə kazinoların fəaliyyətini qanuniləşdiririk. Bu, Qara dəniz regionunda turizmin inkişafına təkan verəcək”, - deyə Ukrayna Prezidenti əlavə edib.

O bildirib ki, Qara dəniz ölkələri bölgədə turizmin inkişafı üçün birlikdə çalışmalıdırlar. (Azərtac)

loading...

Xəbər lenti