55 yaşlı qadın özünü diri-diri yandırmaq istədi

55 yaşlı qadın özünü diri-diri yandırmaq istədi
55 yaşlı qadın bir anlıq əsəblə özünü yandırmaq istəyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib. 55 yaşlı T.Xatun adlı qadın öz bacısı oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində əsəblərinə hakim ola bilməyən qadın otağa keçərək özünü və evini yandırmağa cəhd edib.

Evin yandığını görən vətəndaşlar vəziyyəti polisə, təcili yardıma və yanğınsöndürmə briqadalarına bildirib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları özünü diri-diri yandırmaq istəyən qadını son anda xilas ediblər.

Adana Şəhər Xəstəxanasına aparılan qadının tüstüdən zəhərləndiyi bildirilib. Vəziyyətinin stabil olduğu deyilir.
Загрузка...

Xəbər lenti