65 yaşlı prezident xanımının cavanlıq sirri - Hər şey ondan başlayır

65 yaşlı prezident xanımının cavanlıq sirri - Hər şey ondan başlayır
Sterotipləri dağıdan qadınlar həmişə insanları təəccübləndirməyi bacarırlar. 65 yaşlı Bricit Makron da belə qadınlardandır. O, özündən 24 yaş balaca biri ilə evlidir. Həm də bu kişi sıradan biri yox, Fransanın prezidentidir. Bu qadın həmişə kütləni öz düz ayaqları və tarım bədən quruluşu ilə heyran edir.  Belə görünür ki, o, gözəlliyin və gəncliyin sirrini bilir.  

Medicina.az xəbər verir ki, Makronun bədəninin bu cür gənc qalmasının əsas sirri qidalanmasındadır. Onun qidalarını xüsusi olaraq Yelisey sarayının baş aşbazı hazırlayır. Bu aşbaz bütün prezident ailəsi üçün yeməklər hazırlayan 40 yaşlı Giyom Qomesdir. Hazırlanan yeməklər mütləq Fransada yetişdirilən və ya istehsal edilən olmalıdır.  

Картинки по запросу Гийом Гомес 

"Biz prezident ailəsinin süfrəsi üçün yalnız Fransa istehsalı olan ərzaqlardan istifadə edirik. Təbii ki, içilən qəhvə Fransa məhsulu deyil, amma bal, meyvələr, tərəvəzlər Fransanın müxtəlif bölgələrindən gətirilir. Bundan əlavə Yelisey sarayının həyətyanı ərazisində istixana düzəldərək Bricit Makron üçün orqanik göyərti yetişdirməyi düşünürük”, - deyə Qomes bildirib.
 
брижит макрон диета

Prezident sarayının mətbəxində 25 aşpaz çalışır. Baş aşpaz bildirir ki, prezidentin ailəsi müxtəlif cür qidalanır. Onlar adi buterbroddan tutmuş ləziz delikateslərə qədər bir çox yeməkləri hazırlamağı tapşıra bilərlər. Birinci xanımın rasionunda mütləq 10 cür - əsasən də mövsümi  meyvə və tərəvəz yer almalıdır.

Bricit əsasən salat, yağsız balıqla qidalanır. Onun qida rasionunda çox nadir hallarda rafinə olunmuş ərzaqlara rast gəlmək olar.
 
брижит макрон диета
 
Onu da qeyd edək ki, Bricit Makron menyuya daha əvəllər Nikola Sarkozi tərəfindən qadağan olunmuş bir ərzağı – pendiri daxil edib. 

Bundan əlavə xanım Makron gözəl bədən quruluşunu həm də etdiyi idmanla da saxlaya bilir. O nə çox quru, nə də çox əzələli görünür. O, pilates fanatıdır. 

Arzu
Medicina.az

брижит макрон диета
брижит макрон диета

Загрузка...

Xəbər lenti