7 dəqiqəyə öldürülən Qaşıqçının son sözləri: "Boğuluram, çuvalı başımdan çıxarın"

7 dəqiqəyə öldürülən Qaşıqçının son sözləri:
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən öncə dediyi son sözlər ortaya çıxıb.

Panorama.az-ın qafqazinfo-ya istinadən xəbərinə görə, Türkiyənin "Sabah” qəzetinin müxbiri Nazif Karaman Səudiyyə Ərəbistanının konsulluğunda tapılan səs qeydinə əsasən, jurnalistin 7 dəqiqə ərzində öldürüldüyü məlum olub.

O, Qaşıqçının son dəfə "Boğuluram, çuvalı başımdan çıxarın. Klostrofobiyam (qapalı yer qorxusu) var” dediyini söyləyib.

Karaman cinayətlə bağlı istintaqın davam etdiyini, polisin Camal Qaşıqçının cəsədini tapmağa yaxınlaşdığını, onu qətlə yetirən komandaya məxsus alətlətin fotolarının da yaxın günlərdə KİV-də paylaşılacağını qeyd edib.


Xəbər lenti