7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi rədd edildi

7 yaşlı qızı zorlayaraq öldürən şəxsin xahişi rədd edildi
Cümə axşamı ABŞ-ın Tennessi ştatının hakimiyyəti 2009-cu ildən bu yana ilk dəfə ölüm cəzasını icra edib.

Panorama.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda "Tennessean” qəzeti bildirib.

Bildirilir ki, məhkəmə ölüm hökmünü Billi Reya Ayrik barəsində çıxarmışdı. O, 1985-ci ildə yeddiyaşlı qızı zorlayaraq öldürmüşdü. 59 yaşlı Ayrik ölümcül inyeksiya vasitəsi ilə yerli vaxtla 19:48-də edam edilib.

"Mən yalnız onu demək istəyirəm ki, həqiqətən çox təəssüf edirəm. Və bu hər şey deməkdir”, – qəzet məhkumun son sözlərini sitat gətirib.

ABŞ Ali Məhkəməsi hökmün icrasından bir neçə saat əvvəl edamın təxirə salınması ilə bağlı Ayrikin xahişini rədd edib.

Nəşrin yazdığına görə, bu, 1916-cı ildən bu yana Tennessi ştatında 133-cü edam idi.

Загрузка...

Xəbər lenti