"70-100 milyon oğurlayırlar" - Məmurlara söz atdılar - VİDEO

Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov yeni çəkdikləri video çarxla müzakirələrə səbəb olublar.

Aktyorlar bu dəfə məmurları ələ salıblar. Bağırzadənin İnstaqramda yerləşdirdiyi videoda T.İmanov vəzifədə olan məmur obrazını canlandırıb.

 

"27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla" deyə, İmanov deyib.

axsam.az

loading...

Xəbər lenti