8 milyard manat hara XƏRCLƏNİB?

8 milyard manat hara XƏRCLƏNİB?
2019-cu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8 milyard 041,7 milyon manat olub.

Unikal.org xəbər verir ki, paytaxtın ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3 milyard 518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4 milyard 523,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

loading...

Xəbər lenti