AÇ-2020-nin püşkü atıldı: Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda

AÇ-2020-nin püşkü atıldı: Azərbaycan Xorvatiya və Uelslə eyni qrupda
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim saat 15:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edəcək.

55 komandayla start götürəcək qrup oyunları gələn ilin martın 21-dən noyabrın 19-a qədər keçiriləcək. 12 fərqli ölkədə keçiriləcək AÇ-2020 12 iyunda başlayacaq və bir ay davam edəcək.

AÇ-2020-nin qrupları

A qrupu - İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo 

B qrupu - Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq

C qrupu - Hollandiya, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus

D qrupu - İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan

E qrupu - Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan

F qrupu - İspaniya, İsveç, Norveç, Rumıniya,

G qrupu - Polşa, Avstriya, İsrail, Sloveniya

H qrupu - Fransa, İslandiya, Türkiyə, Albaniya

İ qrupu - Belçika, Rusiya, Şotlandiya, Kipr

J qrupu - İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan

AÇ-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlayacaq. 

AÇ-2020-nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, 1-i isə 1/4 final mərhələsinin qarşılaşmasıdır.


 
loading...

Xəbər lenti