Abdullah Gül seçkilərə qatılmaqdan İMTİNA ETDİ

Abdullah Gül seçkilərə qatılmaqdan İMTİNA ETDİ
Türkiyənin 11-ci prezidenti Abdullah Gül iyunun 24-də keçiriləcək prezident seçkilərində namizəd olacağı barədə məsələyə aydınlıq gətirib.
 
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, A.Gül prezidentliyə namizəd olmaqdan imtina etdiyini bəyan edib.
 
Onun sözlərinə görə, prezidentliyə namizəd olması haqqında təşəbbüs Səadət Partiyasının sədri Təməl Karamollaoğludan gəlib. 
 
"Cəmiyyətin böyük hissəsi tələb edərsə, gərəkəni yapacağımı demişdim. Təməl bəyin çabaları sonrası geniş razılaşma ortaya çıxmadı. Bu səbəbdən prezidentliyə namizədliyim müzakirə mövzusu deyil. Prezidentlikdən sonra bir daha siyasətə qayıtmayacağam deyə söz verdim və sözümün üstündə də dururam" - deyə Abdullah Gül açıqlama verib.
Загрузка...

Xəbər lenti