ABŞ komandanından ETİRAF: Rusiyanın S-400 kompleksi bütün təyyarələrimizi məhv edər

ABŞ komandanından ETİRAF: Rusiyanın S-400 kompleksi bütün təyyarələrimizi məhv edər
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Hizer Vilson Rusiya ilə müharibə yaranacağı təqdirdə yeni Northrop Grumman E-8 nəzarət və idarəetmə təyyarələri ilə JSTARS radarlarının döyüş ilk günü Rusiyanın hava hücumunda müdafiə sistemi olan S-400 tərəfindən vurulacağını bildirib.

Panorama.Az "Newsweek"ə istinadən xəbər verir ki, Vilson Rusiya və Çinin havadakı üstünlüyünün ABŞ-ın yeni Northrop Grumman E-8 nəzarət və idarəetmə təyyarələri və JSTARS radar sistemini belə "döyüş vəziyyəti yarandığı halda" müdafiəsiz vəziyyətə gətiriləcəyini bildirib.

"Bu təyyarələr, modernləşdirilmədən sonra da Rus və Çin texnologiyaları üçün" asan hədəf olacaq", - deyə Amerikalı komandan qeyd edib.

ABŞ Senatının hərbi hava qüvvələrinin məsələləri üzrə komitədə danışan Vilson, JSTARS sistemi ilə təchiz edilən təyyarələrin döyüş vəziyyətinin yarandığı təqdirdə təsirsiz olacağını bildirərək, "Rusiya və Çinin" yerdən-havaya tipli raketləri uzun mənzilə sahib olduğunu, bu səbəbdən də təyyarələrinin elə müharibənin ilk günündə vurulacağını söyləyib.
 
Vilson yeni JSTARS sisteminin platformasının genişləndirilməsi üçün təxminən 7 milyard dollara ehtiyac olduğunu da əlavə edib.
Загрузка...

Xəbər lenti