ABŞ və Almaniya Qarabağda Azərbaycana dəstək verdi

ABŞ və Almaniya Qarabağda Azərbaycana dəstək verdi
Erməni mətbuatı faktları geniş ictimaiyyətdən gizlətməklə məşğuldur

Qərbin iki aparıcı dövləti - ABŞ və Almaniyanın İrəvanın apardığı  işğal siyasətinə qarşı bu günlərdə verdiyi bəyantlar Rusiya KİV-lərinin diqqətindən qaçmayıb.

İstiPress-in məlumatına görə, məsələyə xüsusi məqalə həsr etmiş "Vestnik Kavkaza” portalı ABŞ  dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin son günlərdə verdiyi bəyanatları dəyərləndirib.

Portalın yazdığına görə, Corc Kent bildirib ki, ABŞ Ermənistanın təcavüzkar işğal siyasətini və İrəvanın Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı atdığı təbliğat addımlarını bəyənmir.

"ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın bu regionunu heç zaman başqa adla tanımayacaq”,- deyə Kent vurğulayıb.

Corc Kent bildirib ki, Qarabağ münaqişəsi BMT-nin 4 qətnaməsi və Madrid prinsipləri əsasında həll edilməlidir. Həmin prinsiplər isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını və münaqişənin Azərbaycanın ərahzi bütövlüyü çərçivəsində həll edilməsini nəzərdə tutur.

"Vestnik Kavkaza” portalı bunu Donald Tramp adminstrasiyasının Qarabağ məsələsi ilə bağlı mövqeyi kimi dəyərləndirib. Portalın yazdığına Tramp prezident seçildikdən sonra uzun müddət başı daxili problemlərə qarışmışdı və artıq beynəlxalq problemlər üzrə dəqiq mövqe nümayiş etdirməyə macal tapıb. 

Məqalədə həmçinin Almaniya hökumətinin bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə də yer verilib. "Hazırda Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağ regionunu və ətrafdakı yeddi rayonu Azərbaycanın bir hissəsi sayırıq, həmçinin seperatçı "DQR»i tanımırıq”,- deyə Almaniya hökuməti vurğulayıb.

Maraqlıdır ki, erməni KİV-ləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib olan bu iki xəbər barədə susurlar. Hətta başqa məqalələr erməni oxucularına təqdim edildikdə Dağlıq Qarabağ regionu və ətrafdakı yeddi rayonun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olması barədə ifadələr nəzərə çarpamadan çıxarılır.

Məsələn, Cənubi Qafqazdakı regional münaqişələr barədə "The Hill”də çap edilmiş məqalədə yer almış "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Dağlıq Qaraba”» sözləri Rusiyanın "İnosmi” portalı tərəfindən dərc edildiyi halda, Ermənistanın Paşinyana yaxın "1in.am” portalı məqaləni bütöv versə də, həmin sözlər nəzərə çarpdırmadan çıxarılıb. Mənzərə aydındır - erməni hakimiyyəti artıq Qərbin bu məsələdə gizli və açıq - bütün dəstəyini itirdiyini ictimaiyyətdən gizlədir. 

Xəbər lenti