Acun 150 milyona kanal aldı

Acun 150 milyona kanal aldı
Aparıcı-prodüser Acun Ilıcalı Meksikada 150 milyon dollara televiziya kanalı alıb.

Panorama.Az axşam.az-a istinadən məlumat verir ki, aparıcı bu barədə sosial media hesabında yazıb:

"Meksikadakı görüşlərimizin nəticəsində, ölkənin ən böyük media qrupu olan Salinasla razılıq əldə etmənin qürurunu yaşayırıq. 3 il boyunca "Azteca 1" kanalını "Acun medya" yönləndirəcək. Bizə güvənən və kanalını əmanət edən Ricardo Salinasa və bütün qrupa təşəkkür edirəm. Yeni uğurlar əldə etmək üçün var gücümüzlə çalışacağıq".

Xəbər lenti