Adel yüz milyonluq sərvəti ilə İngiltərənin “ən varlı gənc”i seçildi - FOTO

Adel yüz milyonluq sərvəti ilə İngiltərənin “ən varlı gənc”i seçildi - FOTO

Müğənni Adel bir ildir musiqi fəaliyyətinə fasilə versə də, sərvətinin dəyərini artırmağa davam edib.

Oxu.Az xəbər verir ki, ifaçı üçüncü dəfə 30-dan az yaşı olan varlılar siyahısında yer alıb.

 

Adel sərvətini 132 milyon sterliqdən 147,5 milyon sterlinqə qədər artararaq İngiltərənin "Heat” dərgisinin yayımladığı varlılar siyahısında birinci yeri tutub.

Müğənni ötən il albom satışından 9 milyon sterlinq, konsert turnesindən isə 42 milyon sterlinq qazanmışdı.

İngiltərənin digər məşhur ifaçısı 27 yaşlı Ed Şeran isə 94 milyon sterlinq sərvəti ilə ikinci pillədə qərarlaşıb.

"Herri Poter” ləqəbli aktyor Deniel Redklayf 87 milyon sterlinq dəyərindəki mal-dövləti ilə üçüncü sırada yerləşib.

58 milyon sterlinq var-dövlətin sahibi "One direction” qrupunun solisti Herri Stayles isə ən varlı dördüncü şəxs seçilib.

Dünyaca məşhur aktrisa Emma Vatson isə 55 milyon sterlinq sərvəti ilə beşinci yerin sahibidir.

26 yaşlı aktrisa və model Kara Delevayn 18 milyon sterlinq var-dövləti ilə 14-cü , "Taxt oyunları” serialında "Sansa Stark” obrazını canlandıran Sofi Törner 6 milyon sterlinq sərvəti ilə İngiltərənin 23-cü varlısı seçilib.


Загрузка...

Xəbər lenti