AdsGarden təcrübə proqramı elan edir

AdsGarden təcrübə proqramı elan edir
Azərbaycanın rəqəmsal reklam platforması olan AdsGarden təcrübə proqramı elan edir. Adsgarden komandasında təcrübə qazanmaq, informasiya texnologiyaları və marketinq sahəsində öz biliklərinizi təkmilləşdirmək istəyirsinizsə onda bu 2 aylıq proqramı məhz sizin üçündür.

İnformasiya texnologiyaları üzrə təcrübəçi:
Yaş həddi 20-35 olan kişi namizədlər.
İş qrafiki: Təcrübə müddətinin ilk 1 ayında saat 17:00-21:00, 1 aydan sonra 09:00-18:00, istirahət günləri işdən asılı olaraq dəyişə bilər. 
Namizədlərə tələblər: ilkin proqramlaşdırma bilikləri HTML, CSS, JQUERY, PHP

Təcrübəçi marketinq menecer:
Yaş həddi 20-25 olan qadın və kişi namizədlər.
İş qrafiki 10:00-18:00, şənbə və bazar istirahət günləridir.
Namizədlərə tələblər: Gülərüz, dəqiq, öyrənməyə meyilli, səbrli, işgüzar danışıqlar üçün səlis nitq.

Təcrübəçi telemarketinq üzrə menecer:
Yaş həddi: 20-25 olan yalnız qadın namizədlər.
İş qrafiki: 09:00-18:00, şənbə və bazar istirahət günləridir.
Namizədlərə tələblər: Gülərüz, dəqiq, öyrənməyə meyilli, səbrli, işgüzar telefon danışıqları üçün səlis nitq.

Nəzərinizə çatdırırıq ki, 2 aylıq təcrübə müddətinin ilk 3 həftəsi işlərin qaydalarını öyrənmək, qalan vaxt isə öyrədilənləri təcrübə etmək üçün sərf olunacaq. Təcrübə müddətinin sonunda özünü doğruldan təcrübəçilər işlə təmin olunacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV-lərini "İnformasiya texnologiyaları üzrə təcrübəçi", "Təcrübəçi marketinq menecer", "Təcrübəçi telemarketinq üzrə menecer" başlığı altında [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün: (+994 55) 981 82 26
Загрузка...

Xəbər lenti