Ailənin neçənci uşağı olmağınız xarekterinizə təsir edir

Ailənin neçənci uşağı olmağınız xarekterinizə təsir edir
Hər bir insan doğulduğu ailənin mühitinə uyğun formalaşır.

Yenicag.az xəbər verir ki, çoxuşaqlı ailələrdə aparılan araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb. Bununla da məşhur psixoloq Alfred Adlerin fərdi psixologiya konsepsiyası bir daha təsdiqlənmiş olub. Belə ki, Adler doğuş sırasına görə insanları 4 qrupa ayırıb.

Ailənin birinci uşaqları valideynlərin təcrübəsiz vaxtlarında doğulurlar. Daha çox diqqət və qayğı görmələrinə baxmayaraq, onlar ailədə digər uşaqların doğulması ilə məsuliyyətlə yüklənirlər və vaxtından əvvəl yetişirlər. Onlar məsuliyyətli, lider ruhlu və qənaətcildirlər.

İkinci və ortancıl uşaqlar isə rəqabət sevən və diplomatik olurlar. Belə ki, onlar özlərindən böyük bacı və ya qardaşları ilə yarışmağa çalışırlar. Onlar birinci uşaqlar və vaideynləri tərəfindən qorunduğu üçün özlərinə inamları yüksək olur.

Ailənin ən kiçik uşaqları isə digərlərinə nisbətən eqoist olurlar. Bununla belə onlar sosial həyatda olduqca aktiv olurlar.

Ailədə tək uşaq olanlar bir çox hallarda evin kiçik uşağına xas xüsusiyyətlərə malik olurlar. Onlar tək böyüdüklərindən əylənmək üçün kreativ yollar tapırlar. Ancaq paylaşmağı sevmirlər.
loading...

Xəbər lenti