Akif İslamzadə sevənlərə ŞAD XƏBƏR - 1 ay sonra...

Akif İslamzadə sevənlərə ŞAD XƏBƏR - 1 ay sonra...
Əfsanəvi müğənni Akif İslamzadə "Ölkə.Az"ın suallarını cavablandırıb.

Müsahibədən maraqlı məqamları təqdim edirik:

- Akif bəy, müsahibələrinizin birində demişdiniz ki, illər öncə oxuduğunuz və təqdim etmədiyiniz mahnıları dinləyicilərinizə təqdim edəcəksiniz. Həmin proses davam edirmi?
- Bəli, həmin mahnılar disk şəklində təqdim ediləcək. Təqdimatı yəqin ki, bir ay çəkər. 

- Həmin alboma ancaq bəstəkar mahnıları daxildir, yoxsa?
- Yox, qarışıq mahnılardır. Yəqin ki, oxuduğum "Laçın", "Ötən günlərimi qaytaraydılar" kimi mahnıları eşitmisiniz. Həmin mahnıları vaxtında başqa variantda da oxumuşam, amma dinləyicilərə təqdim edilməyib. 

- Ola bilərmi ki, həmin ifalardan hansınasa klip çəkilsin?
- O mahnıları otuz yaşımda oxumuşam. İndi bu simayla, yetmiş yaşımda klip çəkdirsəm, mənə baxan adam deyər ki, bu tərbiyəsizdir, əxlaqsızdır. Çünki otuz yaşımda oxuduqlarımda tamam başqa emosiya, başqa enerji var. Amma vaxtilə çəkilmiş videolentlərdən istifadə etməklə, yaxud aktyorların iştirakı ilə nəsə çəkmək olar. Amma indi bunları həyata keçirmək üçün vaxt və maliyyə lazımdır. 
Загрузка...

Xəbər lenti