AĞLAGƏLMƏZ HADİSƏ - 61 yaşlı kişi arvadını "öldürüb", 9 il dövlətdən sosial təqaüd aldı

AĞLAGƏLMƏZ HADİSƏ - 61 yaşlı kişi arvadını
Başqırdıstan Respublikasının vətəndaşı sosial müavinət almaq üçün uşaqların anasının öldüyünü sübut edən hüquqi sənədlər hazırladaraq 9 il dövlətdən təqaüd alıb.

Publika.az xəbər verir ki, Auırqazı rayon məhkəməsi 61 yaşlı kişini dövlətdən qanunsuz pul almaqda ittiham edib. 2009-cu ildə onun həyat yoldaşı, iki övladının anası itkin düşdükdən sonra kişi arvadının öldüyünü sübuta yetirə bilib. Bir ildən sonra arvadın yaşadığını öyrənsə də, bu barədə heş kimə bildirməyib.

61 yaşlı kişi 2 il şərti iş alıb. Bununla yanaşı, pensiya fondundan aldığı qanunsuz pulları qaytarmalı olacaq.

Загрузка...

Xəbər lenti