“Çağlayan” jurnalının altıncı nömrəsi çapdan çıxıb

“Çağlayan” jurnalının altıncı nömrəsi çapdan çıxıb
Azərbaycan Universitetinin ildə iki dəfə nəşr olunan korporativ icmal jurnalı "Çağlayan”ın altıncı nömrəsi çapdan çıxıb. Jurnal universitetin son 6 aydakı fəaliyyətini əhatə edir.

"Çağlayan” universitet həyatının müxtəlif məqamlarını və elmi fəaliyyəti əks etdirməklə yanaşı özəl rubrika və müsahibələr də təqdim edir. Oxuyucular bu sayda filologiya elmləri doktoru, prof. Qorxmaz Quliyev ilə müsahibəni maraqla oxuyacaqlar. Müsahibədə qloballaşmanın Azərbaycan ədəbiyyatına təsiri, ədəbi prosesin struktur xüsusiyyəti, ölkəmizdə qərb ədəbiyyatının tədrisi, müasir ədəbi-bədii fikrin əsas problemləri kimi məsələlərə aydınlıq gətirilir.

"Milli-mədəni irsimiz” səhifələrində AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani Xarı bülbül çiçəyi haqqında məlumat verir.

"Məzunlarımız” səhifələrində Azərbaycan Universitetinin  məzunları Orxan Aslanlı, Sevinc Eyvazova, İntiqam Yaşar və Məltəm Cahangirzadənin uğur hekayələri ilə tanış olmaq mümkündür.

Jurnal elektron formada Azərbaycan Universitetinin saytında da yerləşdirilib.
loading...

Xəbər lenti