Alimlərdən xəbərdarlıq — “Uzunmüddətli istilər insan beyninə mənfi təsir edir”

Alimlərdən xəbərdarlıq — “Uzunmüddətli istilər insan beyninə mənfi təsir edir”
Uzunmüddətli istilər təkcə yaşlı insanların səhhətinə yox, eyni zamanda uşaqlara, gənclərə də mənfi təsir göstərir.

"Ölkə.Az” xəbər verir ki, alimlərin bu barədə açıqlaması "PloS Medicine” jurnalında dərc edilib.

Yaşlı insanların səhhəti üzərində aparılan araşdırmalar məlum edib ki, isti hava gənclərə və uşaqlara d mənfi təsir edir. Harvard universitetinin alimi Xose Sedenyo-Loran bildirib ki, Bostondakı tələbələr üzərində aparılan təcrübə bunu deməyə əsas verir.
Sedenyo-Loran və komandası insanların həyatına mənfi təsir edən isti hava şəraitini araşdırıblar. Bu zaman onlar 48 nəfərdən ibarət tələbə qrupundan istifadə ediblər.

Onların yarısı kondisioner quraşdırılmış otaqlarda, digərləri isə belə bir imkanın olmadığı otaqlara yerləşdirilib. İyul ayında baş verən istilərin təsiri isə alimlər tərəfindən qiymətləndirilib. Alimlərdən ibarət qrup tələbələri diqqət və yaddaş sınaqlarından keçiriblər. Məlum olub ki, sadə otaqlarda yaşayan tələbələrin cavabları digər qrupa nisbətən 13% zəif olub. Bəzi hallarda isə dəqiq cavablar arasında fərq 30-50% təşkil edib. 
Загрузка...

Xəbər lenti