Almaniya son anda qələbə qazandı

Almaniya son anda qələbə qazandı
Rusiyadakı futbol üzrə dünya çempionatında F qrupunun II turu çərçivəsində daha bir oyun keçirilib.
"Ölkə.Az" xəbər verir ki, son dünya çempionu Almaniya millisi İsveç yığması ilə üz-üzə gəlib. Soçidəki "Fişt" stadionunda təşkil olunmuş qarşılaşma bundestimin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqədə isveçli hücumçu Ola Toyvonen açıb. 48-ci dəqiqədə almaniyalı yarımmüdafiəçi Marko Röys bərabərlik qolunu vurub. Bundestim qələbə topu üçün irəli atıldığı vaxt daha bir zərbə alıb. 82-ci dəqiqədə Jerom Boatenq ikinci sarı vərəqəni alaraq, komandasını azlıqda qoyub.

Bununla belə, Almaniya yığması qələbə topunu vurmağa müvəffəq olub. Uzatma dəqiqələrində Toni Kroos cərimə zərbəsindən topu tora göndərib. Bununla da bundestim vacib qələbə qazanaraq, qrupdakı intriqanı son tura saxlayıb. Hazırda Meksika 6 xalla liderdir. Almaniya və İsveç hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürürlər. Xalsız Cənubi Koreya isə qrupda axırıncı pillədədir. III turda Meksika İsveçlə, Almaniya isə Cənubi Koreya ilə qarşılaşacaq.

***

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının F qrupunun II tur matçında üz-üzə gələcək Almaniya və İsveç yığmalarının start heyətləri açıqlanıb.
"Ölkə.Az"ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Almaniya: 1. Manuel Nöyer, 3. Yonas Hektor, 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Timo Verner, 11. Marko Röys, 13. Tomas Müller, 16. Antonio Rüdiger, 17. Jerom Boatenq, 18. Coşua Kimmix, 19. Sebastian Rudi

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelof, 4. Andreas Qrankvist, 6. Ludviq Auqustinsson, 7. Sebastian Larsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 17. Viktor Klaesson, 20. Ola Toyvonen

Soçidəki "Fişt" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Загрузка...

Xəbər lenti