Amaliya Pənahova onu estetik əməliyyata görə qınayan aktrisa ilə küsülü imiş

Amaliya Pənahova onu estetik əməliyyata görə qınayan aktrisa ilə küsülü imiş
Mərhum xalq artisti Amaliya Pənahova həmkarı Leyla Şıxlinskaya və aktrisa Məlahət Abbasova ilə qalmaqal yaşamasına aid xəbərlər yayılmışdı.

Panorama.az big.az-a istinadən xəbər verir ki, o, bu barədə "10-dan sonra" verilişində məlumat vermişdi:

"Məni Məlahət Abbasova və Leyla Şıxlinskaya ilə söz-söhbətə qatmışdılar. Məlahət Abbasovaya hər zaman hörmətim olub. O, Türkiyədə teatr sahibəsidir. Niyə sənətkarları dalaşdırırlar? Niyə gənclərə örnək olmayaq? Mən qalmaqallara dəstək ola bilmərəm".

Qeyd edək ki, M.Abbasova aktrisaların plastik əməliyyat etdirməsini qınamışdı. A.Pənahova isə onu tənqid edərək, "Yəqin pulu yoxdur plastik əməliyyat etdirsin. onun özünə əl gəzdirməyə ehtiyacı var" demişdi. Aktrisalar arasında qalmaqala bu söz-söhbətlər səbəb olmuşdu.

L.Şıxlinskaya verilişlərin birində A.Pənahovanın danışıq tərzini ələ salmışdı. A.Pənahova isə onu sənətkar hesab etmədiyini söyləmişdi.
 
Загрузка...

Xəbər lenti