Argentinanın baş məşqçisi istefaya göndərildi

Argentinanın baş məşqçisi istefaya göndərildi
Argentina milli komandasının baş məşqçisi Xorxe Sampaoli istefaya göndərilib.

Publika.az xəbər verir ki, qərar yığmanın dünya çempionatında mübarizəni dayandırmasından sonra qəbul olunub.

1/8 finalda Fransaya 3:4 hesablı məğlubiyyətlə yekunlaşan görüşdən sonra Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi 58 yaşlı mütəxəssisi istefası barədə məlumatlandırıb.

Xorxe Sampaoli ilə 2017-ci ildə bağlanılmış müqavilə 5 ilədək nəzərdə tutulmuşdu. Fransaya məğlubiyyətdən sonra Lukas Bilya və Xavyer Maskerano Argentina yığması ilə vidalaşdıqlarını açıqlayıblar.

Загрузка...

Xəbər lenti