“Arsenal”ın baş məşqçisi: İstərdim ki, Mxitaryan bizimlə Bakıya gedə bilsin

“Arsenal”ın baş məşqçisi: İstərdim ki, Mxitaryan bizimlə Bakıya gedə bilsin
"Qarabağ”ın Avropa Liqasının E qrupunda İngiltərə nəhəngi "Arsenal”la düşməsindən sonra ortaya ənənəvi sual çıxıb. London klubunun erməni futbolçusu Henrix Mxitaryan Bakıya gətiriləcəkmi?

Oxu.Az xəbər verir ki, "Arsenal”ın ispaniyalı baş məşqçisi Unai Emeri də onun Bakıya aparılmasında problem olmayacağına ümid etdiyini bildirib:

"İstərdim ki, o bizimlə gedə bilsin. Biz bu problemi qaydasına sala bilsəydik, yaxşı olardı. Ancaq hələ onun özü ilə bu haqda danışmamışam”.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın digər təmsilçisi "Qəbələ” Avroliqanın qrup mərhələsində Dortmund "Borussiya”sı ilə qarşılaşarkən də eyni problem yaşanmışdı. O vaxt Almaniya klubunda oynayan Mxitaryan nəticədə Bakıya  gəlməmişdi.

Qeyd edək ki, "Qarabağ”ın digər rəqibi olan Ukraynanın "Vorskla” klubunda da erməni futbolçu Qeqam Kadimyan çıxış edir.

Загрузка...

Xəbər lenti