"Arsenal"ın qapıçısı: "Azərbaycan azarkeşləri çox çılğındır"

İngiltərənin "Arsenal" klubunun qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı alman qolkiper2018-ci il dünya çempionatının seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırladıb: "Meydan yaxşı vəziyyətdə idi və azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər idi.Portuqaliyanın "Sportinq" klubu yaxşı bir stadiona malikdir. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Arsenal” (İngiltərə), "Sportinq” (Portuqaliya) və "Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Загрузка...

Xəbər lenti