Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi - Bakıda olay!

Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi - Bakıda olay!
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Panorama Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə T.Qurbanov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2019-cu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

loading...

Xəbər lenti