Arvadını öldürənə 18 il cəza istədilər

Arvadını öldürənə 18 il cəza istədilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mahir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev çıxış edib. 

O, M.Əliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses oktyabrın 19-da davam etdiriləcək. 

Qeyd edək ki, qətl bu il Binəqədi rayonu ərazisində baş verib. M.Əliyev həyat yoldaşı Mehriban Əliyevanı qətlə yetirib.

Daha sonra o, həbs edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.


Xəbər lenti