Arvadının başqa kişi ilə şəklini tapdı, 18 dəfə bıçaqladı — Sumqayıtda dəhşətli qətl

Arvadının başqa kişi ilə şəklini tapdı, 18 dəfə bıçaqladı — Sumqayıtda dəhşətli qətl
Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.
"Ölkə.Az"ın "Report"a istinadən verdiyi məlumata görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

***
Sumqayıtda qətl törədilib.
Sumqayıt şəhər Prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə,  şəhərin 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü Rafət Feyziyevanı bıçaqlayaraq öldürüb.

R. Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 
Загрузка...

Xəbər lenti