Arvadının üzərinə benzin töküb yandıran ər TUTULDU

Arvadının üzərinə benzin töküb yandıran ər TUTULDU
Xəbər verdiyimiz kimi, Sabunçuda ər keçmiş həyat yoldaşınının üzərinə benzin tökərək yandırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Rasim Əhmədov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, 38 yaşlı Rasim Əhmədov qısqanclıq zəminində keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.Həmin zaman keçmiş ərinin hücumuna məruz qalan qadın zəng edərək polisə məlumat verib. Polisin hadisə yerinə gəlməsi ilə yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər. 

Faktla bağlı araşdırma aparılır.

loading...

Xəbər lenti