Aşqabadda çoban itinə heykəl qoyulacaq

Aşqabadda çoban itinə heykəl qoyulacaq
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda türkmən qoyun iti cinsi alabaya heykəl qoyulması haqda göstəriş verib.

Virtualaz.org "Azadlıq” radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, prezidentin sərəncamı noyabrın 6-da Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıq zamanı səslənib.

Berdıməhəmmədovu Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıqda şəhərin icra hakimi Şammuhammet Durdılıyev müşaiyət edib. Dövlət başçısına şəhərdə tikilən binaları və digər qurğuları göstəriblər. Planlaşdırılan layihələr arasında alabayın böyük heykəlinin qurulması da yer alır.

Televiziya ilə yayılmış kadrlara əsasən prezident tikinti layihələrinin çertyojları üzərində nələrisə göstərir, məmurlara nəsə izah edir. Hansısa məqamda o, barmağını alabayın monumentin tərəf tuşlayır, amma məmurlara nə dediyi məlum olmur.

Xatırladaq ki, Berdıməhəmmədov bu yaxınlarda alabay haqda kitabını hökumətin iclasında təqdim edib. Türkmənistan prezidentinin bu kitabı ilə bağlı günlərlə təntənəli mərasimlər keçirilib, musiqiçilər tezliklə türkmənbaşının alabay haqda şerinə mahnı da bəstələyiblər.

loading...

Xəbər lenti