Atambayevin iqamətgahı ələ keçirildi, sabiq prezident təslim oldu (YENİLƏNİB)

Atambayevin iqamətgahı ələ keçirildi, sabiq prezident təslim oldu (YENİLƏNİB)
Qırğızıstanın güc stukturları sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığında yerləşən Koy-Taş kəndindəki iqamətgahının ərazisinə girməyə nail olublar.
 
Qaynarinfo xəbər verir ki, yük maşını malikanəni qapılarını dağıdıb, bundan sonra əraziyə daxil olan təhlükəsizlik qüvvələri eks-prezident tərəfdarları ilə toqquşmaya başlayıblar.

"Hüquq-mühafizə orqanları səs qumbaraları və gözyaşardıcı qazdan istifadə ediblər. Prezidenti müdafiə edən kütlə isə geri addım atıb. Yük maşının köməyi ilə qapılar açılıb. Atambayevin malikanəsindən atəş açılır”-deyə yerli jurnalistlər hadisə yerindən xəbər verir.

Hücumda iki mindən çox milis nəfəri və xüsusi təyinatlı döyüşçü iştirak edir. Onlara Atambayevin 300-400 nəfərə yaxın tərəfdarı müqavimət göstərir.

Artıq Almazbek Atambayev saxlanılıb. "İnterfaks"ın məlumatına görə, sabiq dövlət başçısı özü təslim olub. Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.

16.24

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı Koy-Taş kəndindəki evi ətrafında daha bir əmliyyat başlayıb.

Qaynarinfo xəbər verir ki, əməliyyata 200 nəfərdən artıq polis əməkdaşı cəlb olunub. Polislər səsli və işıqlı qumbaralardan, bibər qazında istifadə edir. Qarşı tərəf isə daş və Molotov kokteyli ilə müdafiə olunur.
loading...

Xəbər lenti