“Atletiko” Qrizmannla yollarını ayıra bilər

“Atletiko” Qrizmannla yollarını ayıra bilər
Madridin "Atletiko” klubunun və Fransa millisinin hücumçusu Antuan Qrizmann PSJ klubuna keçə bilər.

Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, bu, PSJ-nin braziliyalı Neymarla yollarını ayıracağı təqdirdə baş verə bilər.

Paris klubu Qrizmannı 150 milyon avroya almaq fikrindədir. 

PSJ Fransa millisində olduğu kimi Qrizmann-Mbappe duetindən yararlanmaq niyyətindədir. 

Qeyd edək ki, PSJ Neymarı 220 milyon avroya sata biləcəyini açıqlayıb.

Загрузка...

Xəbər lenti