Autist oğlunu pəhrizlə sağaldan amerikalı həkimdən sensasion iddia – Beyni bağırsaqlarımız idarə edir

Autist oğlunu pəhrizlə sağaldan amerikalı həkimdən sensasion iddia – Beyni bağırsaqlarımız idarə edir
Amerikalı neyroloq və qidalanma uzmanı Nataşa Kempel möcüzəyə bərabər bir dietanın müəllifidir. Çox xəstə insan və uşaqların ümid yeridir. Onun oğlunun xəstəliyi ilə bağlı kəşf etdiyi və sınadığı bu metod epilepsiya, depressiya, autizm, hiperaktivli, şizofreniya kimi xəstəliklərdə çox effekt verir.

Medicina.az xəbər verir ki, həkim beynin və bütün orqanların, insan səhhətinin bağırsaqların mikroflorasından idarə olunduğunu və əlaqəli olduğunu hesab edir. 

" Oğluma autizm diaqnozu qoyanda peşəmin və tibbi elminin heç bir köməyi olmayacağını biləndə qəbullanmadım. Oğlumu xilas etmək üçün başqa yollar axtardım. Öyrəndim ki, autist uşaqların hamısında bağırsaq problemi var. Mən oğlumun qidasını dəyişdim. İndi onun 21 yaşı var, Kembric universitetində oxuyur, tam sağlamdır. 

Uşaqlarda bu kimi xəstəliklər, böyüklərdə yaşlandıqca diabet, xərşəng, Alzeymer, demensiya xəstəliklərin kökü şəkərə bağlıdır. Satılan və evimizdə olan bütün şirin məhsullar, konservləşdirilmiş qidalar bağırsaqları pozur, beyinə toksinlər ötürür. 

Nə yeyilməlidir: evdə 4-5 saata bişirilmiş ət suyu, nar şirəsi, ev qatığı, yoqurtu, organik yumurta, evdə hazırlanmış sirkə autizm və şizofreniyanı belə sağalda bilər.

Antibiotiklər çox istifadə olunduqda da beyin bitir. Çalışın az antibiotik qəbul edin.
Ən yaxşı qida elə türklərdədir: qatıq. Yalnız evdə hazırlanmış qatıq yeyin. O zaman çox xəstəlikləriniz sağalar”.


Загрузка...

Xəbər lenti