Autizmli uşaqlara dəstək üçün turnir keçirildi

Autizmli uşaqlara dəstək üçün turnir keçirildi
2 Aprel "Dünya Autizm Maarifləndirmə Günüdür".
 
Sport7.az xəbər verir ki, bu gün münasibətilə Azərbaycanda bir sıra tədbirlər keçirilib.
 
1 May 2019-cu il tarixində Bakı şəhərində Gənclər və İdman Nazirliyinin və "Autist Uşaqların Reabilitasiyasına Kömək" İB-nin təşkilati dəstəyi ilə Azərbaycanda ilk dəfə I Azərbaycan Autizm Festivalı keçiriləcək.
 
Festival çərçivəsində müxtəlif idman yarışları və tədbirlər keçiriləcək. O yarışlardan biri də AFFA-nın təşkil etdiyi futbol turniridir.
 
Turnirdə 4 komanda iştirak edib. Komandalar Milli Məclisin futbol komandası, tanınmış idmançılar, idman jurnalistləri və şou-biznes nümayəndələrindən ibarət olub. Turnirin qalibi Şou-biznes nümayəndələri olub.

1 yer: Şoubiznes nümayəndələri 
2 yer: İdman jurnalistləri 
3 yer: Məşhur idmançılar 
4 yer: Milli Məclisin nümayəndələri

loading...

Xəbər lenti