Avroliqa: "Qarabağ" "play-off" mərhələsində ilk oyununa çıxır

Avroliqa:
Bu gün "Qarabağ" klubuı futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq.

Virtualaz.org bildirir ki, komandamızın rəqibi Moldova çempionu "Şerif" olacaq.

Matç Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 21-də başlayacaq "Şerif” - "Qarabağ” oyunu canlı yayımlanmayacaq. "CBC Sport” telekanalının rəsmi "Facebook” səhifəsində dünən yaymlanan bəyatanda belə deyilir.

Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən keçirilən mətbuat konfransında deyib ki, komandanın minimum hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.
Загрузка...

Xəbər lenti