Ayda 2,7 kq ət, 3 kq meyvə, 12 yumurta.... – Azərbaycanda bir insanın aylıq qida norması

Ayda 2,7 kq ət, 3 kq meyvə, 12 yumurta.... – Azərbaycanda bir insanın aylıq qida norması
Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Azərbaycanda minimum istehlak səbətinin tərkibi"nə daxil edilən ərzaq məhsulları insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün nəzərdə tutulub. Bu həm də o deməkdir ki, insanın ərzaq məhsulları ilə təminatı bu səviyyədən aşağı olarsa onun sağlamlığı və həyat fəaliyyəti üçün fəsadlar yarana bilər.  

Panorama.az Yeniavaz.com-a istinadən  xəbər verir ki, Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibi"nə daxil edilən ərzaq məhsullarının miqdarını sonuncu dəfə 2015-ci ildə müəyyən edib.

Nazirlər Kabinetinin qərarına görə sağlamlığını və həyat fəaliyyəti minimum səviyyədə təmin edə bilmək üçün əmək qabiliyyətli bir adam ay ərzində 11,4 kiloqram çörək və çörək məhsullarından istifadə etməlidir.

Digər ərzaq məhsularından ay ərzində minimum istifadə səviyyəsi isə aşağıdakı kimidir: 

- Kartof - 4,6 kiloqram
- Tərəvəz və bostan məhsulları - 8,1 kiloqram
- Meyvə və giləmeyvə - 3,2 kiloqram
- Ət və ət məhsulları - 2,7 kiloqram
- Süd və süd məhsulları - 18,6 kiloqram
- Balıq və balıq məhsulları - 640 qram
- Yumurta - 12 ədəd
- Şəkər və qənnadı məmulatları - 1,4 kiloqram
- Bitki yağı və marqarin - 900 qram

Загрузка...

Xəbər lenti