Aydın Xırdalanlı vəfat etdi

Aydın Xırdalanlı vəfat etdi
Məşhur meyxanaçı Aydın Xırdalanlı vəfat edib.
"Ölkə.Az"-ın məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Qeyd edək ki, A.Xırdalanlı serrozdan əziyyət çəkirdi.

Xatırladaq ki, Azərbaycan meyxana tarixinin əfsanələrindən olan A.Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Xəbəri "Ölkə.az"-a meyxanaçının həmkarı Rüfət Nasosnu təsdiqləyib.
Allah rəhmət eləsin!

loading...

Xəbər lenti