Az yatan dahilər: Da Vinçi hər dörd saatdan bir 20 dəqiqə mürgüləyirmiş

Az yatan dahilər: Da Vinçi hər dörd saatdan bir 20 dəqiqə mürgüləyirmiş
Dahilərin əksəri həm də az yatmaqla fərqlənirmiş. Məşhur fizik Albert Eynşteyn gündə 4 saat yatırmış. Nikola Teslaya ondan da az bəs edirmiş: gündə 2-3 saat. İxtiraçı, rəssam Leonardo da Vinçi isə hər dörd saatdan bir 20 dəqiqə mürgüləyirmiş.
Bizimyol.info xəbər verir ki, hər 25 min adamdan birinə belə orqanizm nəsib olur. Yəni hamı az yatmaqla keçinə bilməz. Mütəxəssislər belə deyir.

Sizin genlərin hansı mutasiyasına malik olmanız çox vacibdir. İnsanların böyük əksəri 7-8 saatdan az yatanda özünü yaxşı hiss etmir. Amma bəzi adamlara 5-6 saat da kifayətdir.

Elm adamları həm də bu məsələ üzərində baş sındırır. Onların fikrincə, gələcək insan daha az yatmaqla keçinə biləcək.

loading...

Xəbər lenti