AZAL-dan gecikmələrlə bağlı – Açıqlama

AZAL-dan gecikmələrlə bağlı – Açıqlama
Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı yaranan problem Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mənfi təsir etməyib.

Bunu oxu.az-a açıqlamasında "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, aeroportda generatorlar vasitəsilə uçuşlar təmin edilib:

"İşıq keçən kimi dərhal generatorlar qoşulub. Hava limanı ştat rejimdə işləyib”.

Qeyd edək ki, "Flightradar24” AZAL-a məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, "Türk Hava Yolları”na məxsus Bakı-İstanbul, aviareyslərində gecikmələr qeydə alınıb.
Загрузка...

Xəbər lenti