Azərbaycan İsrailin silah ixrac etdiyi ölkələr arasında üçüncü olub

Azərbaycan İsrailin silah ixrac etdiyi ölkələr arasında üçüncü olub

Azərbaycan 2017-ci ildə İsrailin silah ixrac etdiyi ölkələrin siyahısında ilk üçlükdə qərarlaşıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə The Jerusalem Post” qəzeti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına istinadən məlumat yayıb.

İsrailin silah ixracında birinci müştərisi 715 milyon ABŞ dolları ilə Hindistan,  ikinci müştərisi 142 milyon dollarla Vyetnam olub.

Azərbaycanın 2017-ci ildə İsraildən satınalmalarının həcmində 2016-cı illə müqayisədə azalma müşahidə olunub. 2016-cı ildə İxrail Azərbaycana 248 milyon dollar dəyərində hərbi təyinatlı məhsul ixrac edib.

Dördüncü yerdə isə 87 milyon dollarla İtaliya dayanıb.

İnstitutun məlumatlarına görə,  İsrailin özü silah idxalına görə dünyada 18-ci yerdədir və 2017-ci  ildə silah alımına 528 milyon dollar xərcləyib. Ötən il silahların 97,5% -i ABŞ-dan, qalanları isə Almaniyadan idxal edilib. Son on ildə İsrail yalnız ABŞ, Almaniya, İtaliya və Kanadadan silah idxal edib.

Ötən il İsrail uzun müddətdən sonra Myanmaya 11 milyon dollarlıq hərbi texnika ixracatı gerçəkləşdirib (“Dvora” patrul gəmiləri). Qeyd edək ki, rəsmi Tel-Əviv 2011-ci ildən Myanmaya silah ixracını dayandırmışdı.

Загрузка...

Xəbər lenti