Azər Axşam “od püskürdü”: Hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz... - FOTO

Azər Axşam “od püskürdü”: Hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz... - FOTO
Tanınmış aparıcı Azər Axşamın həyat yoldaşının sosial şəbəkə vasitəsi ilə Milli qəhraman Mübariz İbrahimovu təhqir etdiyi ilə bağlı məlumatlar yayılıb.  

"Unikal.org” saytının əldə etdiyi məlumata görə, Səbinə Şabanova adlı facebook istifadəçisi öz paylaşımında həyat yoldaşı Azər Axşamın ölkədə yeganə kişi olduğunu bildirib.  

O, Azər Axşamın xalq artisti olacağını, Mübariz İbrahimovun isə vətən xaini olduğunu yazıb.  

İzləyicilərdən biri Səbinə Şabanovanın işlətdiyi "Facebook” profilinin mesaj bölümünə yazaraq öz iradlarını bildirib.  

Şabanova isə yazılanlara məhəl qoymaraq Milli Qəhramanı daha da şiddətli şəkildə təhqir edib. 

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı aparıcı Azər Axşamla əlaqə saxlayıb.  

O isə həmin profildən yazılan mesajların xanımı Səbinə Şabanovaya aid olmadığını bildirib:  

"Birmənalı şəkildə, sizin sayt vasitəsilə hamıya çatdırmaq istəyirəm ki, bu profilin sahibi mənim həyat yoldaşım deyil. Xanımımın şəkilləri altında hansısa şərəfsiz və mənsəbi bəlli olmayan bir şəxsiyyətsiz bu cür əməllər edir. Düşünün, bir Azərbaycan anası vətən uğrunda həlak olan, Milli qəhrəman haqda bu cür çirkin sözlər yazar?  

Bu, iftiradır və bizə qarşı yönəlmiş cinayətdir. Kimsə bizim ailəmizi el içində rüsvay edib, gözdən salmaq istəyir. Bunları mənim və ailəmizim düşməni edə bilər. İnanın düşdüyümüz bu situasiya bizi çox üzür. Bilmirəm, çarəni haradan tapaq?  

A.Axşam redaksiyamızın əməkdaşı ilə söhbətində başına gələn bu hadisənin ilk olmadığını bildirərək, hüquq mühafizə orqanlarına dəfələrlə şikayət ərizəsi yazdığını bildirib: 

"Bundan əvvəl də eyni hadisə ilə üzləşmişik. 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından ekstrasens Bayram Nurlunu, müğənni Nadir Qafarzadəni söyüb, təhqir etmişdilər. Düşünün, mənim anamın 83 yaşı var. O qadın, o yaşda sosial şəbəkənin nə olduğunu belə bilmir, o ki qaldı ondan istifadə etsin. Heç bir məntiqə sığmır. Bununla bağlı hüquq mühafizə orqanlarına yazılı şəkildə müraciət etdim. Lakin təəsüflər olsun ki, məsələ öz həllini tapmadı. İndi hamı bir profil açıb məşhur bir insanı söyüb, onu biabr edir. İnternetdə bu cür şərəfsiz insanların sayı əfsuslar olsun ki, kifayət qədər çoxdur. Onlarla mübarizə aparmaq isə qeyri mümkündür”.  


loading...

Xəbər lenti