"Azərbaycan görsə ki, bu dəfə də danışıqlardan nəticə yoxdur, o zaman..." - Ovannisyan

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danııqlar prosesinin yenilənməsinə qədər Bakı, çətin ki, hərbi əməliyyatlara əl atsın. Virtualaz.org "Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bunu Azərbaycan məsələləri üzrə erməni ekspert Taron Ovannisyan deyib.

"Bu, Azərbaycan üçün sərfəli deyil. Bu, bir daha nümayiş etdirə bilər ki, kobud dillə desək, Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərini saya salmır və danışıqlar prosesinə qoşulmaq istəmir”, - bazar ertəsi keçirdiyi mətbuat konfransında ekspert bildirib.

O qeyd edib ki, razılaşmalar əldə oluna bilməyəndə gərginlik artır. Hazırda tərəflər həmsədr ölkələrin və dövlət başçılarının vasitəçiliyi ilə danışıqlar üçün zəmin axtarlb tapmağa çalışırlar.

"Danışıqlar prosesinə cəlb olunduqdan sonra onlar danışıqların heç bir nəticə vermədiyini sübut etməyə çalışsalar, bu, başqa məsələdir. Yalnız bundan sonra vəziyyəti gərginləşdirə bilərlər ki, bunun da vaxtını proqnozlaşdırmaq çətindir”, - Ovannisyan deyib.

Ekspertin sözlərinə görə, ümid etmək lazımdır ki, sərhəddəki sabit vəziyyət uzun müddət davam edəcək.
loading...

Xəbər lenti